Bakının Nizami rayonunda narkotiklə həbs olunan şəxsin oğurluq cinayətləri üzə çıxıb.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abbas Həsənağa oğlu Əliyev yaxalanıb. Ondan 0,235 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Abbas Əliyev ötən ilin dekabrın 10-da Keşlə qəsəbə sakinləri - Rasim Salmanova məxsus evin həyətindən su qızdırıcısı, mis qablar və avtomobil ehtiyyat hissələri, bu ilin fevralın 17-də Elçin Yusifova məxsus mağazadan qapının qıfılını sındırmaqla 130 manat və ərzaq məhsulları, martın 16-da isə Ramiz Salmanova məxsus mağazadan qapını sındırmaqla tütün və ərzaq malları oğurlayıb.
Hacı Zeynalov