Bakının Nəsimi rayonunda oğurluq hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Nizami küçəsi, ev 184a ünvanında yerləşən “Martines” gözəllik salonda baş verib.
Bakı şəhər sakini Əliyev Cavid Rəcəb oğluna məxsus “Martines” gözəllik salonunun kassasından 100 manat pul vəsaitini oğurlamağa cəhd edilib. Lakin oğurluğun qarşısı Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb.
Cinayəti törədən Hacıqabul şəhər sakini Rzayeva Şəfa Həmidağa qızı saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov