Bakının Sabunçu rayonunda dələduzluq edən şəxs yaxalanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas Qurbanov tutulub. O, ötən il dekabrın 19-da Samirə Qəmbərovanın 1800 manatını dələduzluq yolu ilə alıb.
Hacı Zeynalov