24 Aprel 2015 17:15
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi törədən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Orxan Əliyevin 70 manatını quldurluq yolu ilə almış Bakı şəhər sakini Araz Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif: