27 Aprel 2015 17:14
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə hadisəsi törətməkdə ittiham olunan Namiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Teleqraf.com xəbər verir ki, hadisə keçən il Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 17-də baş verib. Həmin ünvanda yaşayan, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 44 yaşlı Boris Gennadiyeviç Jarov naməlum şəxs tərəfindən qətlə yetirilib.

Borisin meyitinin tapan məhəllə sakinləri bu barədə polisə məlumat veriblər. Mərhum həbsdə olduğu müddətdə tatuaj işləri öyrənib və sonralar elə bununla da pul qazanırmış. Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 55 yaşlı Namiq Babayev həbs olunub.

İlkin dindirmə zamanı əməlini etiraf edən Namiq Babayev mərhumla 20 ildən çoxdur ki, dostluq etdiyini, hadisə baş verən gün isə dostu tərəfindən təhqir olunduğunu bildirib.

Hakim Eynulla Vəliyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Namiq Babayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər