27 Aprel 2015 22:02
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Rayonun Nəsimi küçəsində yaşayan, Həsənova Yazgül İsrafil qızı evində asılmış vəziyyətdə tapılıb. Onu ailə üzvləri aşkarlayıb. İntihar edən şəxsin bir qız, bir oğul övladı var. Hadisənin səbəbi bəlli deyil. Yaxınlarının bildirdiyinə görə, ailəsi sakit və mehriban olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daşqın Abdullayev


Müəllif: