29 Aprel 2015 16:45
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yük avtomobillərinin oğurluğu ilə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 27-də saat 00.45 radələrində Binəqədi qəsəbəsində Göyçay rayon sakini Asif Yusifova məxsus “Shacman” markalı avtomobili oğurlanıb. Cinayəti törədən şəxsin müəyyən edilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsində əməliyyat keçirilib.

Keçirilən əməliyyat nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elsevər Abbasəli oğlu Abbasov tutulub.

Hacı Zeynalov


Müəllif: