Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törədən Rəhim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Əli Muradov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Əli Muradov tanışı Rəhim Quliyev tərəfindən bıçaqlanıb.
17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rahim Quliyev tutulub.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəhim Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov