1 May 2015 16:21
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi törədənlər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, naməlum şəxslər aprelin 28-də saat 23 radələrində M.Hadi küçəsində Mingəçevir şəhər sakini Bəxtiyar Əliyevə qarşı bıçaqla hədələyərək, qızıl boyunbağısını alıblar.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində talamaqda cinayəti törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1979-cu il təvəllüdlü Daşqın Ramazan oğlu Becanov, Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Məcid oğlu Məmmədov və Şəki rayon sakini Laçın İsfəndiyar oğlu Şərifli müəyyən olunaraq yaxalanıb.

Hacı Zeynalov


Müəllif: