4 May 2015 17:51
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sonra Türkiyənin Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib. Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.

Qeyd edək ki, görüşün yekunlarına dair Protokol imzalanıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər