Bakı Apelyasiya NMəhkəməsində dələduzluqda təqsirli bilinən 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Tahirə Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Tahirə Rzayevanın cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahirə Rzayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb. Onun barəsində axtarış elan edilib. Uzun müddət istintaqdan yayınan Tahirə Rzayeva Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hacı Zeynalov