21 May 2015 16:04
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində əcnəbilərə qarşı quldurluq etməkdə təqsirli bilinən İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Koreya vətəndaşlarının Xəzər rayon Polis İdarəsinə etdikləri şikayət əsasında əməliyyata başlanıb.

Məlum olub ki, əcnəbilərə qarşı quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir. Dəstə üzvləri olan Təhməz Əliyev, onun yaxın qohumu Nihad Əliyev və İlqar Həsənov hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək şəhərə aparacaqlarını deyiblər.

Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər. Dəstə üzvləri Buzovnada onlar bıçaq çəkiblər, 4 ədəd telefon və 1500 dollar aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Həsənov 11 il, Təhməz Əliyev 10 il və Nihad Əliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər