26 May 2015 17:18
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Amil İbrahimov və Fuad Ağazadənin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqisdirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif: