Bu gün İstanbulda Haliç körfəzində azərbaycanlı gəncin meyiti tapılıb.
Trend Türkiyə mətbuatına istənadən xəbər verir ki, Fatih Haliç körfəzində dənizdən bir kişi meyiti çıxarılıb.
Səhər təxminən saat 9 radələrində cəsədi görən sakinlər polisə xəbər verib. Hadisə yerinə gələn dəniz polisi cəsədi sahilə çıxarıb.
Polislər meyitin üzərində müayinə aparıblar. Cəsədin üzərindən Azərbaycan vətəndaşı, 24 yaşlı Nicat Kərimli adlı şəxsin sənədi və bəzi qeydlər tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.