10 İyun 2015 16:14
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Əli İsmayılov vətəndaşların etibarından sui-istifadə edərək əmlakını mənimsəməkdə təqsirləndirilir. Bir müddət axtarışda olan Əli İsmayılov polis əməkdaşları tərəfindən tutulub.

Prosesdə Əli İsmayılovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 18-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər