Kanalda batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 17-si saat 18.50-də çimərkən üzə bilməməsi səbəbindən kanalda boğulmuş, Beyləqan rayonu, Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü Kazımov Sirac Silyan oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.