18 İyun 2015 19:57
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər məhkəməsində əvvəllər 4 dəfə məhkum olunan və azadlığa çıxandan sonra oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Vəliyev ötən ilin martın 21-də Fəxrəddin Bağırova məxsus dəmir sexindən 1 ton mis oğurlayıb. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Məhkəmədə ifadə verən Eldəniz Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 13-cü polis bölməsində işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, qanunsuz yerə həbs edilməsi ilə bağlı müvafiq qurumlara müraciət etsə də, bu günə kimi ona cavab verilməyib.

O, bildirib ki, heç bir oğurluq hadisəsi törətməyib: “Düzdü, mənim həyətimdə dəmir, mis saxlanılıb. Onları Ramin adlı tanışım gətirib. Onların oğurluq olduğunu bilməmişəm. Həmin dəmir məmulatları həyətimdə qaldığı üçün Ramin mənə hər gün üçün 10 manat verib. Bundan başqa heç nədən xəbərim olmayıb”.
Məhkəmə iclası iyulun 2-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər