25 İyun 2015 16:11
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1980-cı il təvəllüdlü Zaur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 11-də Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Səməndər Qarayevin idarə etdiyi 10 CS 733 dövlət nömrə nişanlı Qazel mikroavtobusu ilə Zaur Həmidovun sürdüyü 10 FX 456 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil bir-birinə çırpılıb.

Nəticədə Qazeldə olan Gülnaz Əli qızı Bayramova və Murad Bəxtiyar oğlu Cixaidzi hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə yaralanıb. Qəzada ölənlər və yaralılar Şamaxının Mədrəsə kənd sakinləri olub. Onlar qonşu kənd olan Meysəri kəndindən yığıncaqdan gələn zaman qəza baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Həmidov 11il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Həmidov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər