Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkəndə sıxılmış vəziyyətdə qalıb.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, xilasedicilər ətçəkənin detallarını kəsib və uşağın əlinin çıxarılmasına nail olublar.
Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.