6 İyul 2015 09:16
530

Saatlı rayonu, Heydərabad kəndində vətəndaşa məxsus 6 ha biçilmiş taxil sahəsi və bələdiyyəyə məxsus ərazidə 9 ha sahədə kol-kos yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı rayonu, Mulux kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 50 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Ərkivan qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 32 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göygöl şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar şəhərində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyan rayonu, Sarvan kəndində bələdiyyəyə məxsus ərazidə 30 ha sahədə quru ot və kol-kos yanıb. Digər otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Qızılavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 3 otaqlı evin mətbəxində döşəmə və ev əşyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 3 otaqlı evin 1 otağı, dəhlizinin tavanı 35 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Samux şəhərində bələdiyyəyə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala rayonu, Astanlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ərazidə 16 ton ot bağlaması yanıb. Biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 02:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: