18 Aprel 2014 11:35
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda müxtəlif vaxtlarda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağammedova tutulub.

Məlum olub ki, o, 2013-cü ilin noyabrın 10-da 35 saylı xətt avtobusunda Reyhan Quliyevaya məxsus, içərisində şəxsiyyət vəsiqəsi, metro kartı və bankomat kartları olan pul kisəsi oğurlamış və daha sonra bankomat kartından 1575 manat pul çıxarıb.

Bundan başqa, 2013-cü il dekabrın 16-da 55 saylı xətt avtobusunda Məlahət Bədəlovanın əl çantasından 295 manat, dekabrın 17-də Ruhiyyə Alışanovanın əl çantasından 500 manat, bu il yanvarın 7-də 81 saylı xətt avtobusunda Aynur Əliyevanın əl çantasından mobil telefon, aprelin 9-da 186 saylı xətt avtobusunda Vəfa Səmədovanın əl çantasından 192 manat və şəxsiyyət vəsiqəsi, aprelin 16-da isə Q.Qarayev küçəsində yerləşən mağazada Püstəxanım Zeynalovanın əl çantasından 90 manat və şəxsi sənədlərini oğurlayıb.


Müəllif: