Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.
Kənd sakini Hümmət Əliyev şəxsi münasibətlər zəminində qardaşı Habil Əliyevi bıçaqlayıb. Habil Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona vaxtında tibbi yardım göstərilib.
Hümmət Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov