Masallı rayonunun Sərçuvar kəndi ərazisində qətl hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Zamanov Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Məmmədovu bıçaqla ürək nahiyəsindən vurub.
Həmid Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törətmiş Rövşən Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb.
İlkin məlumata görə, hadisə 3 manat üstündə baş verib. Yanacaqdoldurma məntəqəsinə gələn 3 nəfər idarə etdikləri maşına benzin vurdurmaq istəyiblər. Zaman onlar pulu ödəməkdən imtina ediblər və nəticədə qanlı hadisə baş verib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov