Bakıda oğurluqla məşğul olan dəstə yaxalanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Yasamal rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Qaradağ rayonu ərazisində oğurluq etdiklərinə görə tutulmuş Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onların, iyunun 30-da Suraxanı rayon ərazisində, Rafiq Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1199 manat oğurlamaları da müəyyən edilib.
Dəstə üzvlərinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.