Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aynurə Əhmədovanın cinayət işi prosesi məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynurə Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 2 il müddətinə şərti cəza alan Aynur Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Aynurə Əhmədova lombarda saxta qızıl qoyub. O, oranın işçisi Orxan Abdullayevlə əlbir olaraq saxta qızıl qələm qoyaraq külli miqdarda pul götürüb.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Abdullayev saxlanılıb. Aynurə Əhmədova istintaq gizlənib. Buna görə, bu cinayət ayrı-ayrı icraata verilib.
Hacı Zeynalov