31 İyul 2015 10:46
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ kanalında batan gəncin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə 30.07.2015-ci il tarixində Mingeçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 1989-ci il təvəllüdlü, Həsənov Elvin Elçin oğlunun suda batması haqqında məlumat daxil olub.

E.Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: