Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları başa çatıb.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.