3 Avqust 2015 18:50
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün dövlət ittihamçısı Fərid Nağıyevə söz verilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Buna görə də hakimlər növbəti məhkəmə iclasını avqustun 18-nə təyin ediblər.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər