Dünən günorta saatlarında dənizdə batan qızın meyiti tapılıb.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda dənizdə nəzarətsiz ərazidə çimərkən bir qızın batması haqda məlumat daxil olub.
“Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasedicilərinin axtarışı nəticəsində 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızının meyiti tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 23:30-da başa çatıb.