Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Eldar Mahmudovun üzərində şəxsi yoxlama aparaılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 7,83 qram olan narkotik vasitə - tiryək, 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 23,19 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA