Siyəzən rayonunun Sadan kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Cəmşid Manafov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb.
Nəticədə C.Manafovun sərnişinlərindən Məşrif kənd sakini Gülnarə Əliyeva hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Siyəzən rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov