12 Avqust 2015 17:34
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Araz Quliyev və Sənan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər bu ilin aprelin 18-də Xətai rayonu ərazisində Bakı şəhər sakini Orxan Əliyevin 70 manatını quldurluq yolu ilə alıblar.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Araz Quliyev və Sənan Əliyev tutulublar.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə 9 il cəza verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər