29 May 2014 12:44
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yük və minik maşınları toqquşub, bir nəfər ölüb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 29-da saat 01 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinin ərazisində Gədəbəy rayon sakini Ruslan Həsənovun idarə etdiyi "Shachman" və Mingəçevir şəhər şəhər sakini Gündüz Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

G.Ağayev və sərnişini, həmyerlisi Anar Qasımov xəstəxanaya yerləşdirilmiş, A.Qasımov orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Müəllif: