18 Avqust 2015 16:19
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Zaur İbrəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zaur İbrəhimov 1 oktyabr 2014-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Renault Tondar” avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində sürət həddin aşıb. O, həmin vaxtı yolu keçən 1962-ci il təvəllüdlü piyada Ellada Əliyevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Piyadanı öldürən sürücü hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanması mümkün olub.

Zaur İbrəhimov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 7 il cəza verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər