Sumqayıt şəhərində soyğunçuluq hadisəsi törədilib. Teleqraf.com xəbər verir ki, hadisə avqustun 13-də baş verib.
Sumqayıt şəhər sakini Xavər Məmmədovanın 460 manat pulu əlindən alınıb. O, naməlum şəxsin soyğunçuluğu ilə üzləşməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev tutulub.
Hacı Zeynalov