29 May 2014 16:18
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Leyla Tahirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü Leyla Tahirova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Tahirova “Kervitaş Qida Sənaye və Ticarət Anonim” şirkətinin baş mühasibi vəzifəsində işləyib. O, işlədiyi müddətdə külli miqdarda pul vəsaitini mənimsəyib.

Hacı Zeynalov


Müəllif: