Bakının Sabunçu rayonunda Türkiyə vətəndaşı ağır yol nəqliyyat hadisəsi törədib.
Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, Böyük Şor şosesi yaxınlığında baş verib.
Məlumata görə, Türkiyə vətəndaşı, 1950-ci il təvəllüdlü Ahmet Yağit idarə etdiyi “Nissan Navara” markalı avtomobillə velosiped sürən Bakı şəhər sakini, 1960-ci il təvəllüdlü Erkin Mixail Valentinoviçi vurub.
Erkin Valentinoviç 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov