23 Avqust 2015 22:44
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanda təhqiqatçılar paytaxt Qroznıdakı "Lolita" kafesində iki ofisiant qadının qətlə yetirilməsi ilə bağlı cinayət işini araşdırır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, onları iş yerində tapançadan atəş açaraq qətlə yetiriblər. KİV-də yayılan versiyaya görə, qadınlar amoral davranışa görə qətlə yetiriliblər.

İlkin məlumatda bildirilir ki, onları avqustun 20-də 3 nəfər maskalı şəxs qətlə yetirib. Qarillər "Lada Priora" markalı avtomobillə hadisə yerindən uzaqlaşaraq, gizləniblər.

Qətlə yetirilən qadınlar 55 və 45 yaşlarındadır. Onlardan böyüyü - Z.Maçaova müştərilərə xidmət eməklə yanaşı, həm də kafenin sahibi kimi fəlaiyyət göstərib. Qətlə yetirilən ikinci qadın isə onun qohumu S.Adilsultanovadır.

Müstəntiqlər qətlin namus məsələsinə görə törədildiyini istisna etmirlər.

Nihad


Müəllif:

Oxşar xəbərlər