Tovuz rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun Abulbəyli kəndində qeydə alınıb.
Kənd sakini Şəlalə İsmayılova avqustun 1-dən 20-dək olan müddətdə evində olmayıb. Avqustun 20-də evinə gələn Şəlalə İsmayılova evinin qarət edildiyini görüb. O, Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1625 manat, qızıl və məişət əşyaları oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş kənd sakini Orxan Sadıqov tutulub.
Hacı Zeynalov