Bakının Sabunçu rayonunda qadının evinə basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nardaran qəsəbəsi, Bağlar massivi, 23 ünvanında baş verib.
Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Xavər Osmanovanın evinə avqustun 24-də, gecə saat 01.05 radələrində 2 nəfər naməlum şəxs basqın edib. Basqın edən şəxslər ev sahibinə hədə-qorxu gələrək pul tələb ediblər. Onlar qadının 500 manatını alaraq hadisə yerindən qaçıblar.
Xavər Osmanova evinə basqın edilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib. Evə basqın edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov