27 Avqust 2015 16:49
2 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşən Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Salmanovanı qətlə yetirib. Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Bir gün sonra isə hələlik məlum olmayan səbəbdən ər və arvad görüşüb. Onlar “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb.

İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın dünyasını dəyişib. Hadisəni törədən Elşən Mehdiyev Suraxanı Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub. O, bildirib ki, həyat yoldaşı başqası ilə gəzib və buna görə də onuqətlə yetirib.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Mehdiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər