1 Sentyabr 2015 17:38
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abdulla Abdullayev son söz deyib. Daha sonra digər təqsirləndirilən şəxslər son söz demək üçün vaxt istəyiblər.

Proses sentyabrın 7-də davam edəcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər