Lənkəranda oğurluq hadisəsi baş verib.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Göyşaban kənd sakini, 1988-ci il təvəllüdlü Tahir Kamil oğlu Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər evin qapısını sındıraraq mənzilə daxil olmaqla oradan 3000 min manat dəyərində qızıl-zinət əşyaları və pal-paltar oğurlayıblar. Hadisə barədə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırmalara başlanıb.