Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, sentyabrın 5-də saat 02:20 radələrində Yeni Dairəvi yolda Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi “Suzuki” markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücünün Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu, avtoqəzanı idarə etdiyi “Toyota-Corolla” markalı avtomobillə törətdiyi müəyyən olunaraq saxlanılıb.