10 Sentyabr 2015 16:47
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika baş prokurorluğu və Daxili İşlər Nazirliyi Xəzər rayonunda törədilən qətllə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, prokurorluq və polis orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində son günlər Xəzər və Kürdəmir rayonlarında törədilmiş ağır cinayətlərin üstü açılıb.

Məlum olduğu kimi, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İntensiv istintaq-əməliyyat tədbirləri ilə cinayətin Muxtar Qədirov və Rüfət İskəndərov tərəfindən törədilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq zamanı onlar Əzizə Həsənovanın evinə quldurluq məqsədilə daxil olaraq qadını qətlə yetirdiklərini, sonra mənzildən 260 manat pul və 525 manat dəyərində qızıl-zinət əşyalarını götürdüklərini etiraf ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər