Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirlinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı elan edilib. Qərara görə, cinayət işi üzrə məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.
Hacı Zeynalov