Şəmkir polisi Rusiyada cinayəti törədən azərbaycanlını həbs edib.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vidadi Həsənov tutulub.
Hacı Zeynalov