14 Sentyabr 2015 16:01
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qullar kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1962-ci il təvəllüdlü Fərhad Əhmədov yaşadığı evdə su çəninin də təmir işləri apararkən yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: