Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alpı kəndində qeydə alınıb.
Kənd sakini Vüsal Abdullayev həmkəndlisi, Elçin Məmmədovu bıçaqlayıb. 23 yaşlı Elçin Məmmədov Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Vüsal Abdullayev həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov