Bakıda oğurluq avtomobilin nömrəsi ilə gəzən sürücü yaxalanıb.
Teleqraf.com xəbər verir ki, nömrə sentyabrın 14-də Xətai rayonu ərazisində Gülay Orucovaya məxsus “Hyundai” markalı avtomobildən oğurlanıb.
“VAZ-2107” markalı avtomobil sürücüsü ilə birlikdə Mərdəkan qəsəbəsi ərazisində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov